İkinci Dünya müharibəsinin başlanmasını ilk xəbər verən jurnalist vəfat edib
10.01.2017 1154 0.0 0

İkinci Dünya müharibəsinin başlanması barədə ilk xəbər verən britaniyalı jurnalist Kleyr Hollinqvors vəfat edib.

 

BBC-yə istinadən verilən məlumata görə, xanım jurnalist 106 yaşında dünyasını dəyişib.

 

K. Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən Almaniya Silahlı  Qüvvələrinin iki ölkənin sərhədində toplaşdığı  barədə xəbəri yayıb. 

 

Jurnalistika ilə məşğul olmazdan əvvəl o, minlərlə insanın Hitler Almaniyasını tərk etməkdən ötrü Britaniya vizası almasına köməklik edib.  

 

1911-ci ildə doğulan K. Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar