İki qadını maşın vurdu-Ağır nəqliyyat hadisəsi
01.09.2016 587 0.0 0

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin saytına istinadən verilən məlumata görə, avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi “VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyeva və Samirə Şirinovanı vurub.

 

Hər iki piyada, habelə N.Nağızadənin 1 sərnişini xəstəxanaya yerləşdirilib, E.Dünyamalıyeva orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Şərhlər
avatar