İki metrlik piton narkotik asılılığından müalicə olunur- VİDEO, FOTO
17.04.2017 1359 0.0 0

O özünü başqa pitonlar kimi deyil, çox aqressiv və dəyişkən aparır

Avstraliyada iki metrlik piton ilanı narkotik asılılığından müalicə edirlər. Xəbərə görə, bu barədə məlumatı Northern Star nəşri yayıb.

Piton metamfetamin hazırlanan yeraltı laboratoriyada yaşayırmış. Kimyəvi dumanlar və havaya buxarlanan narkotik vasitələrin hissəcikləri pitonu narkomana çevirib.
Polis reydi zamanı bu sürünən varlıq hüquq-mühafizə orqanlarının əlinə düşüb. Onu Sidneydəki heyvanlar üçün olan nəhəng həbsxana kompleksinə göndəriblər. 

 

 

Kompleksin əməkdaşı İena Mitçellanın sözlərinə görə, əvvəlcə ilan özünü sakit, sonra isə aqressiv və proqnozlaşdırılmaz tərzdə aparıb. Adəti üzrə sakit və yavaş olan digər pitonlardan fərqli olaraq, sözügedən piton yerləşdirildiyi konteynerdə fasiləsiz olaraq sürünüb və özünü ora-bura vurmağa başlayıb.

Sürünənin narkomaniya asılılığından tamamilə xilas olması üçün yeddi ay tələb olunur. Hazırda ona yeni sahib axtarılır.

Xatırladaq ki, aprelin əvvəllərində ABŞ-ın Florida ştatının cənubunda tünd zolaqlı piton aşkarlanıb. Onun uzunluğu 5 metr, çəkisi isə 65 kq olub./Sputnik.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar