İki günlük körpənin başına oyun açdılar (VİDEO)
22.05.2015 925 0.0 0

Hindistanda iki günük körpənin başına gətirilən oyun görənləri dəhşətə salıb. Məlumata görə, iki günlük körpənin qızdırması qalxıb. 

Valideynləri körpəni həkimə aparmaq əvəzinə falçıya müraciət ediblər. Tükürpədici hadisə 
Hindistanın Assam əyalətinin Morigaon şəhərində baş verib. 

48 saatlıq körpənin qızdırması qalxandan sonra ailə öz bildiyi üsullardan istifadə edib. Amma nəticə əldə edə bilməyib. Onlar evə falçı dəvət ediblər. 

Falçı isə hər kəsin gözü önündə iki günlük körpənin başından tutaraq onu çılpaq şəkildə gəzdirməyə çalışıb. O, bunun müalicə üsulu olduğunu deyib. 

Lakin görüntülər yayılandan sonra adı açıqlanmayan baxıçı qadın həbs edilib. Körpə isə polisin köməyi ilə xəstəxanaya çatdırılıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar