İki azyaşlı uşaq dəm qazından zəhərlənərək öldü
19.10.2016 319 0.0 0

Göygöldə dəm qazından zəhərlənmə olub.

 

Məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

 

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

 

Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır  olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Şərhlər
avatar