İki ayaqlı inəyin görüntüləri rekordu qırır-VİDEO
19.03.2015 753 0.0 0

İnternetdə iki ayağı sınmış inəklə bağlı yayılan video izlənmə rekordu qırır.

Məlumata görə, videoda görünür ki, inək protez ayaqların köməyi ilə ilk addımlarını atır.

İnək tərəddüdlə hərəkət edir, amma onun protez ayaqları o qədər keyfiyyətlə düzəldilib ki, bu yalnız müvəqqəti narahatlıqdır.

Faun ləqəbli inək Nyu-Yorkdan aparılaraq “Woodstock Farm Animal Sanctuary” heyvanlar üçün sığınacağa yerləşdirilib 

Bu sığınacaqda əsasən şikəst olan ev heyvanları yaşayır, müalicə və bərpa prosesini keçirlər.

Protezləri inək hələ ki gündə iki saat daşıyır. Qabaq ayaqların travmasını heyvan doğuş vaxtı alıb. Baytarlar düzgün müalicəni təyin edə bilməyib. Nəticədə inəyin ayaqları əməliyyat olunub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar