İki avtomobil toqquşub, ölən var
29.04.2017 632 0.0 0

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 28-də saat 1 radələrində Şamaxı şəhərinin girişində şəhər sakini İlqar Teyfurovun idarə etdiyi "VAZ-21214" və Bakı şəhər sakini Nazim Manafovun idarə etdiyi "Wolksvagen" markalı avtomobillər toqquşub. Nəticədə İ.Teyfurovun sərnişini, həmyerlisi Ramin Nəsirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar