İki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
24.02.2017 702 0.0 0

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, bu gün saat 14:00 radələrində Ağdaş-Ləki yolunun 2-ci kilometrliyində, Pirəyir kəndi ərazisində VAZ 2106 və “Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şordəhnə kənd sakini, 1960-cı il təvəllüdlü Nurəliyev Rafael İsfəndiyar oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Pirəyir kənd sakini, 1961-ci il təvəllüdlü Fikrət Dostməmmədov, Şordəhnə kənd sakini, 1989-cu il təvəllüdlü Nuralıyev Nicat Rafael oğlu, Orta Ləki kənd sakini, 1991-ci il təvəllüdlü İlyaszadə İlyas Şahlar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar