İdxal edilən bu yanacaq növü gömrük rüsumuna cəlb ediləcək
10.11.2017 816 0.0 0

Bu gündən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosinə yenidən 15 faiz gömrük idxal rüsumu tətbiq ediləcək.

 

Məlumata görə, Nazirlər Kabineti 10 avqust 2017-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələr”inə dəyişiklik edib.

 

Dəyişikliyə əsasən  Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosin 90 gün müddətində gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumundan azad edilib. Qərar dərc edildiyi gündən, avqustun 12-dən qüvvəyə minib. Bu müddət bu gün, noyabrın 10-da bitir.

 

Qeyd edək ki, Nazirlər Kabineti 10 avqust 2017-ci il tarixli qərarı ilə  “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə etdiyi dəyişikliyə əsasən reaktiv mühərriklər üçün kerosin üçün aksiz vergisi 1 ton üçün 80 manatdan 1 manata endirmişdi. Bu qərar avqustun 12-dən, dərc edildiyi gündən 90 gün müddətində qüvvədə idi. Bu müddət də bu gün - noyabrın 10-da başa çatıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar