İdmançını rinqdə belə öldürdülər (VİDEO)
22.03.2015 1101 0.0 0

Restlinq döyüşçüsü olan meksikalı Perro Aquayonun rinqdə ölüb.

Məlumata görə, keçən cümə günü Meksikanın Tixuana şəhərində keçirilən şouda 35 yaşlı idmançı öz rəqibinin zərbəsini düzgün dəf etməyib. Nəticədə boynundan zədə alan idmançı döyüş sahəsindəcə huşunu itirib. 

Zərbə alandan sonra Perro Aquaya hərəkətsiz qalsa da, rəqibləri və komanda yoldaşı buna əhəmiyyət verməyərək döyüşə davam ediblər. Yalnız bir müddət sonra tamaşaçılar və Perronun komanda üzvləri idmançının hərəkətsiz qalmasından şübhələnərək ona yaxınlaşıblar.

Müayinə zamanı meksikalı döyüşçünün boyun fəqərələrinin zədələndiyi müəyyən olunub. Huşsuz olan idmançı xəstəxanaya aparılsa da, artıq gec olub. 35 yaşlı idmançı aldığı zədələrdən keçinib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar