İdmançımız Ermənistanı belə saymadı (VİDEO)
30.03.2015 1082 0.0 0

Azərbaycan sambo güləşi üzrə milli komandasının üzvü Ermənistan himnini saymayıb. 

Məlumata görə, Rusiyanın Moskva şəhərində Sambo güləşi üzrə A.A.Xarlampiyevin xatirəsinə Dünya Kuboku mərhələ yarışında iştirak eden təmsilçimiz Bəxtiyar Abbasov 90 kq. çəki dərəcəsində 3-cü yer tutub. 

Erməni idmançı Aşot Danielyan isə qızıl medalın sahibi olub. Qaydalara əsasən mükafatlandırmadan sonra qalib idmançının təmsil etdiyi ölkənin himni səsləndirilib.

Ermənistan himni səslənməyə başladıqdan sonra idmançımız B.Abbasov aşağı əyilərək buna reaksiya göstərib. Azərbaycanlı güləşçinin bu addımı həmyerlilərimiz tərəfindən müsbət qarşılanıb. Erməni idmançının narazı baxışları isə kameraların obyektivindən yayınmayıb. 

Qeyd edək, Bəxtiyar Abbasov ermənilərin işğalı altında olan Xocavənd rayonunun Qaradağlı kəndindəndir. /anspress/

Həmin görüntüləri sizə təqdim edirik:

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar