Tarix: 10.12.2016,   Saat: 10:53, Şənbə.          

İcra hakimiyyətinin vəzifəli şəxsləri arasında dava

Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxsləri arasında dava düşüb.

Qazeta.info “Report”un xəbərinə görə, RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Həşimov Şirvan şəhər polis şöbəsinə müraciət edərək bildirib ki, Şirvan şəhərinin ərazisində olan zaman icra hakimiyyətində mühasib işləyən iş yoldaşı Rəşad adlı şəxslə mübahisə edib. İ.Həşimov ərizəsində qeyd edib ki, mübahisə zamanı həmin şəxs ona fiziki güc tətbiq edərək ünvanına təhqiredici və alçaldıcı ifadələr işlədib.

Faktla bağlı araşdırma aparılır.



  Bölmə: Manşet | Baxış sayı: 615 | Tarix: 25.11.2016, 11:17


Xəbərlər