İcra başçısı Ermənistan bayrağını yumruqla sındırıb ayaqlar altına atdı - VİDEO, FOTO
09.11.2016 1572 0.0 0

9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq  Daşkəsən rayonunda təntənəli  ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon ictimaiyyətinin və ziyalılarının böyük coşqu və rəğbəti ilə "N" saylı hərbi hissənin zabit və əsgərləri qarşılanıb.
Rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyəti  ilə birgə əvvəlcə Bayraq meydanını ziyarət ediblər.
Sonra yürüş iştirakçıları rayonun Şəhidlər Xiyabanına baş çəkərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs məzarlarına tər qərənfillər düzmüşlər.
Daha sonra Şəhidlər Xiyabanından başlayaraq Heydər Əliyev prospekti boyunca hərbi yürüş edən izdiham rayonun Heydər Əliyev meydanında yürüşü başa çatdırıb.

Qazeta.info bildirir ki, öz döyüş məharətlərini nümayiş etdirən xüsusi təyinatlı əsgərlərimiz tərəfindən tədbir iştirakçıları qarşısına gətirilən şifer lövhəsindən hazırlanmış təcavüzkar erməni bayrağını Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev güclü yumruq zərbəsi ilə vuraraq parça-parça edib.Düşmən bayrağı darmadağın olunaraq ayaq altına salınıb


 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar