İcra başçıları nə qədər əməkhaqqı alır? – SİYAHI
04.01.2020 15074 0.0 0

Son zamanlar icra başçıları ilə bağlı kadr islahatları aparılır.

Bəzi sabiq icra başçılarının adları ciddi maxinasiyalarda, mənimsəmə hallarında hallanıb. 

Bu da belə bir sual doğurur - təmtəraqlı villalara, maşınlara malik olan rayon icra hakimiyyətlərinin başçıları nə qədər əməkhaqqı alır?

Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı ölkə Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə tənzimlənir. Bu sərəncam həmin ilin sentyabrın 1-dən qüvvəyə minib. 

Sərəncama görə, yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilir:

Bakı şəhəri üzrə icra hakimiyyətləri başçılarının əməkhaqqı - 1 925 manat

Gəncə və Sumqayıt şəhərləri üzrə – 1 280 manat

Şəhər və rayon üzrə - əhalisinin sayı 100 min nəfərdən çox olduqda – 1 045 manat

Əhalisinin sayı 50-100 min nəfər olduqda – 990 manat

Əhalisinin sayı 50 min nəfərədək olduqda – 880 manat.


/Cebhe.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar