İçində bir tondan çox kokain olan sualtı qayıq saxlanılıb
12.12.2019 458 0.0 0

Peru Hərbi Dəniz Qüvvələri ölkənin şimal sahillərində Meksikaya üzən və içində bir tondan çox kokain olan sualtı qayıq saxlayıblar.

Məlumata görə, bu barədə Meksikanın "Televisa" tele kanalı ölkə prokurorluğuna istinadən xəbər verib.

İki kolumbiyalı, bir meksikalı və bir ekvadorludan ibarət, narkomafiyanın puluna düzəldilən qayığın heyəti həbs edilib. Məlumata görə, saxlanılan kokainin ümumi çəkisi iki tona yaxındı.

Peru hökuməti böyük öartiya narkotik maddənin daşınmasının arxasında hansı cinayət qruplaşmasının dəyandığını bilmir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar