İçərisində 66 nəfərin olduğu İran təyyarəsi dağlara çırpılıb - SAĞ QALAN YOXDUR
19.02.2018 946 0.0 0

İranda təyyarə qəzası baş verib. APA TV-nin "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ATR-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.

Yerli vaxtla səhər saat 08:00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi ilə 50 dəqiqə sonra əlaqə kəsilib və o, radarlardan itib. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Bölgəyə xilasedici dəstələrin olduğu helikopterlər göndərilsə də, qatı duman səbəbindən qəza baş verən dağlıq əraziyə enməkdə çətinlik çəkiblər. Bir qədər sonra məlum olub ki, qəzaya uğrayan sərnişin təyyarəsindəki 66 nəfərin hamısı həyatını itirib, sağ qalan olmayıb.

İran parlamenti "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbini araşdırmaq üçün komitə formalaşdıracaq.

Bunu İSNA agentliyinə açıqlamasında İran parlamentinin üzvü Məhəmməd Əli Vəkili deyib. Deputat bildirib ki, ekspert qrupu məlumatları araşdıracaq və parlamentə hesabat təqdim edəcək. M.Ə.Vəkili, ilkin informasiyalara əsasən, hava şəraitinin uçuş üçün əlverişli olmadığını göstərdiyini də qeyd edib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar