İbrahimoviç: `Mövsümün gedişini dəyişdirmək üçün mübarizə aparacam`
28.12.2019 561 0.0 0

İsveçli hücumçu Zlatan İbrahimoviç "Milan"la müqavilənin imzalanmasını şərh edib.

Bildirək ki, o, klubun rəsmi saytına müsahibəsində komandanın mövsümü qalib kimi başa vurması üçün çalışacağını deyib.

"Son dərəcə hörmət etdiyim kluba, sevdiyim şəhərə qayıdıram. Cari mövsümün gedişini dəyişdirmək üçün komandada yoldaşlarla çiyin-çiyinə mübarizə aparacam. Hər şeyi edəcəm ki, hədəflərimizə nail ola bilək", - deyə futbolçu "Milan"ın rəsmi saytına müsahibəsində bildirib.

İtalyan klubu ilə 38 yaşlı hücumçunun razılaşması 2019/20 mövsümünün sonuna kimi nəzərdə tutulub. Razılaşmanın şərtlərinə əsasən müqavilənin müddətinin uzadılması da mümkündür.

Zlatanın son klubu "Los-Anceles Qelaksi" olub. O, 2018-ci ilin martından 2019-cu ilin noyabrına qədər bu komandada çıxış edib. 38 yaşlı isveçli futbolçu Şimali Amerika Futbol Liqasının ötən mövsümündə keçirdiyi 31 matçda 31 qol vurub və 8 məhsuldar ötürmə verib.

Xatırladaq ki, İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər "Milan"ın heyətində çıxış edib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar