İbn Sinanın min illər əvvəl kosmosda MÜDHİŞ KƏŞFİ
16.04.2017 1110 0.0 0

Kosmos ilə bağlı araşdırmalar hazırda bütün sürətilə davam edərkən, əslində İbn Sina min illlər əvvəl kosmosda müdhiş kəşflər edib. 

Qazeta.info Möderator.az  -a istinadla xəbər verir ki, mövcud olan bəzi sənədlər İbn Sinanın min illər əvvəl kosmosdan bəhs etdiyini göstərir. İbn Sinanın astronomiyayla əlaqədar yazıları eramızın 1006-cı ilində reallaşan, dünyadan görünən ən parlaq planetlərdən biri haqqında yeni məlumatları üzə çıxarıb.

 

 

 

1006-cı ildə Orta Şərq, Avropa, Asiya və hətta bəlkə də Şimali Amerikanın səmasını işıqlandıran yeni bir ulduz meydana çıxıb. Bir çox insan bu parlayan göy cismini fərq edib. O zaman bunu nə olduğunu bilməsələr də 1000 il əvvəlki insanlar ən parlaq ulduzuna birinə şahidlik ediblər. Həmin ulduza SN 1006 adı verilib.

 

Müasir astrofiziklər 1000 il əvvəl yaşamış göy müşahidəçilərindən çox şey öyrənibi. Bu müşahidəçilər arasında Misirdə Əli bin Rıdvan və İsveçrədə Gall Monastrındakı Benedikt rahiblər vardı. Son illərdə astronomlar dünyadan 7200 işıq ili uzaqlığındakı Lupus bürcündəki partlayışın qalıqlarının fotoşəkillərini çəkməyi bacarıb.

 

Lakin qədim mənbələrdən öyrənməli hələ çox şey var. Almaniyadakı Fridrix Şiller Universitetinin astrofiziki Ralf Neuhuser  yaxın zamanda İbn Sinanın yazılarında kosmosla bağlı daha çox məlumat əldə ediləcəyini aşkarlayıb. Yaxında yayımlanacaq məqalədə Neuhuser və həmkarları İbn Sinanın elm və fəlsəfə ensiklopediyası olan Kitabu-Şifada (şəfa kitabı) da daha əvvəl güman edildiyi kimi bir quyruqlu ulduz deyil, əslində SN 1006-nı təsvir etdiyini irəli sürür.

 

İbn Sinanın Kitabu-Şifasında 1006-cı ildə səmada təxminən 3 ay parlamış parlaq bir cisimdən bəhs edilir. Tədqiqatçılar apardıqları tərcümədə göz cisminin belə xarakterizə olunduğunu bildirir: "İlk başda cismin qaranlıq və yaşıl rəngi vardı, daha sonra davamlı qığılcım saçmağa başladı, daha sonra getdikcə daha da ağarmağa başaldı. Ən sonda daha sönük bir hala gəldi və itdi".

 

 

Neuhuser daha əvvəl də ərəbcə yazılmış mətnlərdə SN 1006 haqqında məlumatlar tapmışdı. Keçən il dərc olunan bir məqalədə yəmənli tarixçi Əl Yəmənin yeni tərcüməsinə əsaslanaraq Sn-in tarixi 17 Aprel 1006-cı il qeyd olunmuşdu. Bu da ulduzun qeydiyyata alınmış ən erkən müşahidə tarixini 1,5 həftə daha əvvələ çəkir. Bu yeni mənbə, həmçinin, ulduzun mövqeyini, parlaqlığını və rəngini də qeyd etmişdi. Lakin İbn Sinanın əsərində olan yeni məlumatlar da ulduz haqqında yeni məlumatları üzə çıxarır. Neuhuser İbn Sinanın yazılarında həmin ulduzun daha əvvəl bilinməyən rəng dəyişikliklərini də nəql etdiyini bildirir.

 

Hər iki monitorinqdə olan rənglə bağlı məlumatlar tədqiqatçıların kosmosun daha doğru şəkildə təsnif olunmasına yardımçı olacaq. Hazırda həmin ulduzun bir partlayış olduğu güman edilir. Bu cür partlayışlar ikili bir sistemdəki ulduzlardan birinin ağ cırtdan ulduz halına gəlib partlayışdan əvvəl sistemdəki digər ulduzun maddəsini içinə çəkməsi ilə baş verir.

 

 

Amma bəzi astrofiziklər SN 1006-nın tipik bir partlayışından daha çox olduğunu düşünür. Bu da həmin parıltılı ulduzun əslində iki ağ cırtdan ulduz arasındakı reaksiyalar üzündən meydana gəldiyini düşündürür. İbn Sinanın etdiyi müşahidlər və verdiyi məlumatlar bu günkü  tədqiqatçıların kosmosla bağlı ətraflı araşdırma aparmasına  yardımçı ola bilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar