Hündürmərtəbəli binada yanğın, sakinlər binadan təxliyyə olunub
12.02.2015 892 0.0 0

Bakıda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib.

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtadan keçən elektrik kabelləri 100 p.m sahədə yanmışdır.

Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Şaxtadan keçən kabellərin qalan hissəsi və mənzillər yanğından  mühafizə olunaraq, yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar