Hitlerin 4 yaşlı uşaqla çəkdirdiyi şəklinin sirri açıldı (FOTO)
17.05.2015 999 0.0 0

Faşist Almaniyasının lideri Adolf Hitlerin 4 yaşlı uşaqla çəkdirdiyi şəklin gizli məqamları üzə çıxıb.

Məlumata görə, Adolf Hitlerin Gerhard Bartels adlı uşaqla çəkdirdiyi şəkil Hitlerin və onun siyasətinin, əməllərinin təbliğ edilməsi üçün istifadə edilirdi. 

4 yaşlı Gerhardı isə aldadaraq şəkil çəkdirməyə razı salmışdılar. Ona tort verəcəklərini demişdilər. 

Lakin üstündən 80 il keçəndən sonra Gerhard Bartels yenidən həmin şəkil haqqında danışıb. Artıq 84 yaşı olan qocanın sözlərinə görə, Hitler vədinə əməl etməyib.

"Hitler bir qatil idi. Mən isə onun uşaqlara olan sevgisini göstərmək üçün istifadə etdiyi bir vasitə. Nasistlər məndən təbliğat üçün istifadə edirdilər. Oynamağıma, gəzməyimə belə icazə vermirdilər. Əgər şəkil çəkdirsəm, mənə tort verəcəklərini dedilər. Mən də çəkdirdim. Amma 80 il keçib. Mən isə hələ də tortumu gözləyirəm", - deyə Gerhard Bartels bildirib./anspress/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar