Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb
15.08.2017 573 0.0 0

Hindistanın şimalında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

"RİA Novosti"yə istinadən verilən məlumata görə, Himaçal-Pradeş ştatında 48 nəfər, Assam ştatında 20 nəfər, Bihar ştatında 41 nəfər, Uttarakhand ştatında isə 25 nəfər həlak olub.

Qeyd edək ki, güclü yağışlar Hindistanın şimalında, Nepalda və Banqladeşdə müşahidə olunur. Nepalda güclü yağışlar nəticəsində baş verən daşqınlarda 91 nəfər həlak olub, 38 nəfər itkin düşüb, Banqladeşdə isə 28 nəfər həlak olub. Beləliklə, bütün regionda azı 225 nəfər təbii fəlakətin qurbanı olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar