Hindistan səsdən sürətli qanadlı raketin sınağını həyata keçirib
11.01.2022 312 0.0 0

Hindistan “Visakhapatnam” esminesindən gəmilər üçün nəzərdə tutulmuş səsdən sürətli “BrahMos” qanadlı raketinin sınağını həyata keçirib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) özünün tviter səhifəsində yazıb.

Ötən ilin dekabr ayında Hindistanda “BrahMos” raketlərinin aviasiya versiyasını sınaqdan keçirmişdi. Səsdən sürətli bu qanaqlı raketlər “BrahMos Aerospace” Hindistan-Rusiya birgə müəssisəsində istehsal edilir.

Hazırda “Visakhapatnam” esminesinin silahlanmasında 16 gəmiəleyhinə “BrahMos” qanaqlı raketləri var./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar