Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var
15.11.2016 753 0.0 0

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 7 pakistanlı hərbçi həlak olub.

 

“Sinxua” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Pakistan ordusunun məlumatında deyilir.

 

Cavab atəşi ilə bir neçə Hindistan hərbçisinin öldüyü bildirilir. İnsident Kəşmir ştatındakı nəzarət zolağında baş verib.

 

Qeyd edək ki,  son zamanlar mübahisəli Kəşmir ştatı və Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar