Hillari Klinton prezidentliyə namizədliyini rəsmən təmin etdi
07.06.2016 658 0.0 0

 Hillari Klinton Demokrat partiyasından prezidentliyə namizəd olmaq üçün yetərli səs toplayıb.
 
 "Associated Press"-ə istinadən verilən məlumata görə,  sabiq dövlət katibi 2383 partiya nümayəndəsinin səsini qazana bilib.
 
Demokrat partiyasından olan digər namizəd Berni Sandersi 1567 nümayəndə dəstəkləyib. Beləliklə, iyulun  26-28-də Filadelfiyada keçiriləcək qurultayda Hillari Klintonun namizədliyi Demokrat partiyası tərəfindən rəsmən irəli sürüləcək. 
 
Xatırladaq ki, noyabrda keçiriləcək prezident seçkilərində partiyanın rəsmi təmsilçisi olmaq üçün demokrat namizəd partiya nümayəndələrinin 2383 səsini qazanmalı idi./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar