Heydər Əliyev adına hava limanında həyəcanlı an-Təyyarə qəza enişi edib
14.06.2015 1067 0.0 0

2015-ci il iyunun 13-də Bakı-Naxçıvan marşrutu üzrə AHY-2253 reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.

“Azərbaycan Hava Yolları “QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, belə nasazlıqla uçuş təyinat məntəqəsində mümkün idi, lakin ekipaj komandiri nasazlığın uçuşun doqquzuncu dəqiqəsində - havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq enişi uçuşun edildiyi aeroportda həyata keçirmək qərarını alıb.
 
Yerli vaxtla saat 21:02-də eniş ştat rejimində əmin-amanlıqla başa çatıb.
 
Qayıdan təyyarənin sərnişinləri yerli vaxtla saat 22:45-də ehtiyat “Boeing-757” təyyarəsi ilə Naxçıvana yola salınacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar