Helikopter qəzası nəticəsində həlak olanlarla vida mərasimi olub- VİDEO
01.12.2021 307 0.0 0

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla vida mərasimi keçirilib.

Qazeta.info APA-nın əsasən bildirir ki görə, qəza nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaq. Şəhidlərin cənazələri dəfn edilmək üçün II Şəhidlər xiyabanına yola salınıb.

 

Bildirək ki, mərasim “Sərhədçi” İdman Kompleksində təşkil olunub.

Vida mərasimində DSX rəisi Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

Qəzada həlak olan hərbçilər aşağıdakılardır:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar