Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
15.01.2022 266 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti kəskin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq yayılıb.

Qazeta.info Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən bildirir ki,Bakıda və Abşeron yarımadasında
Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, bəzi yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

 

Fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Arabir güclənən şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Havanın temperaturu yanvarın 17-də günün birinci yarısında 1-3° isti, axşama doğru 0-1° şaxta olacaq.


 

Azərbaycanın rayonlarında


Yanvarın 16-sı axşamdan 17-si axşamadək əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə arabir güclənən şimal-qərb küləyi ilə cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda buz bağlayacağı ehtimalı var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar