Hava məlumatı 24 Fevral
23.02.2015 756 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki, Bakı və Abşeron yarımadasında,

Fevralın 24-də hava şəraitinin dəyişkən buıludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 
Mülayim şimal-şərq küləyi əsəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 24-də
 hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar