Hava məlumatı-19 avqust
18.08.2015 508 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki,

Bakı və Abşeron yarımadasında,

Avqustun 19-da hava şəraitinin yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 32-37, Bakıda gecə 24-26 isti, gündüz 35-37 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, 
Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq. 
Azərbaycanın rayonlarında
Avqustun 19-da
hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 20-si axşamadək Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü, ayrı-ayrı saatlarda havada rütubətliliyin normadan çox olması ilə bürkülü hava şəraitinin yaranması və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.    


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar