Hava məlumatı- 10 iyul
09.07.2015 604 0.0 0

 

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında 

İyulun-10-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında


İyulun-10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar