Haşimi Rəfsəncani İmam Xomeyni məqbərəsində dəfn olunub
10.01.2017 1242 0.0 0

İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bu gün Tehran Universitetində cənazə namazı qılındıqdan sonra İmam Xomeyni məqbərəsində dəfn olunub.
 
Məlumata görə, cənazə namazında İranın  Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi də iştirak edib.
 
Dəfn mərasiminə qatılanlar arasında hökumət, ictimaiyyət nümayəndələri, ordu rəhbərləri, səfirlər, bir sıra ölkələrin rəsmiləri də olub.
 
Qeyd edək ki, İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də 82 yaşında vəfat edib./apa/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar