Hansı oyunlar var - 19 İyun
19.06.2015 772 0.0 0
Cümə günü bu yarışlara baxmaq məsləhətdir

Döşək üzərində böyük adlar

Taekvondo, 09:00-dan 

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki,  2012-ci il Olimpiya çempionu Milica Mandikin (SRB), 2015-ci il dünya çempionu Bianka Valkdenin (GBR) və 2015-ci il dünya gümüş medalçısı Qovladis Epanqonun (FRA) iştirakı ilə 67 kq çəki dərəcəsinə malik taekvondoçu qadınlar arasında keçirilən görüş böyük adlar arasında maraqlı mübarizə ənənəsini formalaşdırır.

Super snayperlər

Atıcılıq, 09:00-dan

Qadınlar arasında 50 m məsafəyə tüfəngdən 3 vəziyyətdə atəşaçma yarışlarında dünya çempionu Bit Qaus (GER) London 2012-nin gümüş və bürünc medalçıları İvana Maksimoviçlə (SRB) və Adela Sıkorova (CZE) ilə yarışacaq.

Kişilərdən ibarət cütlərin qarşılaşmasında London 2012-nin gümüş medalçısı Hakan Dalbinin (SWE) və bürünc medalçısı Vasili Mosinin (RUS) nümayiş etdirəcəkləri oyunlar daha diqqətəlayiqdir.

 

Britaniyalıların boksu

 

Boks, 13:15 və 18:45

Böyük Britanyadan olan Olimpiya çempionu Nikola Adams Avropa Oyunlarının qızılını da öz mükafatları sırasına əlavə etmək üçün mübarizəyə başlayır. Kristal Zalda 2-də keçiriləcək yarışda o, Macarıstandan Katalin Anksinlə 51 kq çəki dərəcəsində yarışacaq. 

Cümə günü rinqə çıxacaq digər britaniyalı idmançı, dünya çempionu Savanna Marşal isə Bakıda ilk dəfə döyüşən Nouchka Fontijnlə (NED) qarşılaşacaq.

 

 

Günün ən baxımlı oyunu

 

Qadın voleybolu, Saat 14:30 

B qrupunda oyunların hər üçünü udan Serbiya komandası Hollandiya komandası ilə görüşəcək. Bu qarşılaşmanın qadınlar arasında voleybol yarışmasında günün ən baxımlı oyunu olacağı gözlənilir. Serbiya bu kateqoriyada Azərbaycandan sonra ən güclü komanda sayılır. 

 

Halqalar və toplar, gürzlər və lentlər

İdman gimnastikası, 10:00-dan

Mütləq dünya çempionu Yana Kudryavtseva (RUS) idman gimnastikasında çoxnövçülük üzrə fərdi final və təsnifat yarışlarında Milli Gimnastika Arenasında cümə günü yarışmaya qatılacaq.

Günün kulminasiyası

Suya tullanma, saat 10:00-dan

Günün kulminasiyasını sözsüz ki, suya tullanma yarışları təşkil edəcək. Kişilərin 3 metrlik tramplindən tullanma üzrə finalı 19:00-dan, qadınların 1 metrlik tramplindən tullanma üzrə finalının isə 20:25-dən başlanacağı gözlənilir.  

Medal uğrunda toplar göyə qalxacaq

Stolüstü tennis, 16:30-dan 

Bakı İdman Zalında stolüstü tennis üzrə qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparılacaq. Qadınlar və kişilər arasında mübarizə qızışdıqca, toplar da tavanacan qalxa bilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar