Hamı «Quran çekapı olmalıdır » (VİDEO)
22.06.2015 978 0.0 0

“Ramazan ayında insan Quranın "çekap"ından keçməlidir”. Məlumata görə, bunu “Günə Baxan”ın qonağı olan Cümə məscidinin axundu Hacı Surxay deyib. 

O söyləyib ki, Quranın "çekap"ı dedikdə insanların ildə bir dəfə bədəninin təmizlənməsi nəzərdə tutulur:

“Hər bir insan ildə bir dəfə yoxlanış üçün həkimə müraciət edir. Buna "çekap" deyirlər. İnsan ildə bir dəfə də “Quran çekapı”ndan keçməlidir. Əgər insanda bir xüsussiyyət zəifdirsə, iman və səmimiyyət yoxdursa Ramazan ayında bu yer bu üsulla müalicə olunmalıdır. Bu zaman Ramazanın fəlsəfəsi hiss olunur. Ramazan dostluq, barışıq və şəvqət ayıdır”. 

Hacı Surxay həmçinin qeyd edib ki, hər kəsdə “bayram və mən” fəlsəfəsi yox, “bayram və biz” düşüncəsi olmalıdır. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar