Haftar ordusu Sirt şəhərini nəzarət altına götürüb
07.01.2020 172 0.0 0

Marşal Xəlifə Haftarın Liviya Milli Ordusu Sirt şəhərini nəzarət altına alıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə ordunun spikeri Əhməd əl-Mismari bildirib.

Şəhər Aralıq dənizi sahilində yerləşir və ölkənin ən böyük şəhərlərindən biridir.

Bundan əlavə, Liviyanın keçmiş lideri Muammar Qəddafi burada anadan olub.

Qeyd edək ki, ordunun Sirte şəhərinə daxil olduğu barədə məlumat verilmişdi. Əməliyyatın birinci mərhələsi çərçivəsində dəniz limanı və iki hərbi baza üzərində nəzarət qurulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar