Hacıqabulda özünü asan kişi: Mən verdiyim vədə əməl edə bilmədim - TƏFƏRRÜAT
04.05.2019 797 0.0 0

Mayın 2-də Hacıqabul rayonunda baş vermiş intiharın bəzi təfərrüatları məlum olub.

Qazeta.info “Report”a istinadla xəbər verir ki, 1983-cü il təvəllüdlü Rəncbər kənd sakini Abasov Rakif Mirzəxan oğlunun verdiyi vədə əməl etmədiyi üçün özünü asdığı müəyyənləşib.

Bir neçə ildir Bakıda kirayədə yaşayan Rakif Abasov kəndə gedərək yaxınları ilə son dəfə görüşüb. Günorta saatlarında isə qonşularıgilə gedərək, onlarla vidalaşıb. Daha sonra ata evinə gələn Rakif kimsənin olmadığından istifadə edərək, həyətdəki çanaqlı antenanın dəmirindən özünü asaraq intihar edib. Təsadüfən evin qarşısında Rakifin asılı vəziyyətdə oduğunu görən qonşular onun həyatını xilas etməyə cəhd göstərsələr də, artıq gec olub.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Evdən Rakifin yazdığı məktub tapılıb.

Mən verdiyim vədə əməl edə bilmədim, ona görə, yaşamağı özümə sığışdırmadım. Məni anamın yanında dəfn edərsiniz”, - deyə o məktubda yazıb.

Yaxınlarının dediyinə görə, Rakif Abbasov zəhmətkeş adam olub. Amma onun özünü asaraq intihar etməsinin əsl səbəbi hamıya qaranlıq qalıb.

Mərhumun azyaşlı 1 övladı var.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar