Hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib
27.02.2017 1157 0.0 0

Nazirlər Kabineti “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nə dəyişiklik edib.
 
Məlumata görə, dəyişikliyə əsasən Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.
 
Təhsil nazirinin müavini Ceyhun Bayramov və gənclər və idman nazirinin müavini İntiqam Babayev Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil ediliblər.
 
Bu qərar imzalandığı gündən qüvvəyə minir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar