«Hər şey bitmişdi» - İlhamənin oğlu tanınmış vəkildən danışdı
28.09.2016 1186 0.0 0

Tanınmış hüquq müdafiəçisi Şəfiqə Nağıyeva mərhum Xalq artisti İlhamə Quliyev ilə bağlı etiraf edib.

 Qafqazinfo.az-a istinadən xəbər verilir ki, vəkil onunla yollarını ayırdığı üçün özünü qınadığını deyib: “Gərək axıra kimi İlhamə xanımının yanında olardım. O, içində çəkdi. Bütün başına gələnləri o, heç vaxt görməmişdi. O ancaq onu görmüşdi ki, tərifə layiqdir, birincidir, heç kim ona heç nə demir. Birdən ki belə şeyləri gördü, saldı ürəyinə. Ürəyi də xəstə idi, əməliyyat olunmuşdu. Ona görə də belə oldu. Hara gedirdiksə, bir yerdə idik. Həmişə süfrəsinin başında idim”. 

İlhamə Quliyevanın oğlu Orxan Nadirov isə açıqlamasında bildirib ki, anası ilə Şəfiqə Nağıyevanın arasında narazılıq yaranmışdı: “Şəfiqə xanım mənim anam kimi olub. Mən ondan heç vaxt inciməmişəm. Amma bilirəm ki, anamla sağlığında aralarında narazılıq yaranmışdı. Elə onunla da hər şey bitmişdi”./aznews.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar