Həmsədrlərin Ankara görüşü təxirə salınıb
20.07.2016 630 0.0 0

ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Türkiyədə nəzərdə tutulan görüşü təxirə salınıb.

 

“RİA Novosti” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib: “Hazırda görüşün tarixini nəzərdən keçiririk”. 

 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında həmsədrlərin münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə Türkiyə tərəfini məlumatlandıracağını bildirmişdi./apa/


Digər xəbərlər:
Şərhlər
avatar