HƏMAS fələstinliləri müharibəyə səslədi
07.12.2017 287 0.0 0

HƏMAS lideri İsmayıl Haniyə Fələstini müharibəyə səsləyib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, təşkilat ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edib.

Haniyə Yaxın Şərqdə sülh prosesinin başa çatdığını elan edib: "İsrail-Fələstin danışıqları bitmiş hesab oluna bilər. Bunu ABŞ etdi, hadisələr yenidən qan tökülməsi ilə nəticələnəcək".


O deyib ki, Vaşinqtonun bu addımı yeni siyasi mərhələyə keçiddən xəbər verir və bu, Fələstinə baha başa gələ bilər, fələstinlilər özləri üçün vacib olan məsələlərə yenidən baxmalıdır. "Hazırkı vəziyyətə bir ad vermək olar - Fələstin torpaqlarının işğalı" - deyə, İsmayıl Haniyə əlavə edib.

HƏMAS lideri fələstinliləri cümə günü küçələrə çıxıb qəzəblərini bildirməyə səsləyib. O, sabahdan ABŞ və İsrailə müharibə başlayacağını bəyan edib və müqəddəs Qüdsü azad edəcəklərini bildirib.

 

 


Digər xəbərlər:
Şərhlər
avatar