Həlledici oyunların başlamasına sayılı dəqiqələr qaldı
18.06.2015 724 0.0 0
Avropanın 1 nömrəli oyunçusu Andrey Qasina da mübarizə aparacaq

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, stolüstü tennis üzrə kişilər arasında təklərin 1/4 final oyunları təxminən yarım saat sonra - saat 19:00-da start götürür. 

Avropanın 1 nömrəli oyunçusu Andrey Qasina (CRO) da 1/4 finalçılar arasındadır. 

 

 

Zirvədə dayanan idmançı Ovçarov (GER) oyun göstəricilərini hələ ki aşağı salmayıb. O, Adrien Matteneti 4:0 xal hesabı ilə məğlub edib. 

Avropa üzrə reytinqdə 18-ci yerdə dayanan Stefan Feqer (AUT) qalib gəldiyi ukraynalı oyunçu Kou Leidən daha yaxşı vəziyyətdədir. Bu arada Paul Drinkhol (GBR) isəBojan Tokic (SLO) üzərində birinci karyera qələbəsini əldə edib. Avropanın 3 №-li oyunçusu Vladimir Samsonov (BLR) Fransa komandasının gümüş medalçısı Saymon Qauzini 4:2 xal hesabı ilə məğlub edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar