Həkimdən qar uçqununda yeganə sağ qalan uşağın son durumu haqda açıqlama
24.02.2017 715 0.0 0

Lerikin Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən qar uçqunundan sağ çıxmış azyaşlı Elcanın vəziyyəti normaldır.

 

Qazeta.info bildirir ki, bu barədə Azvision.az-a Lerik Rayon mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib . O bildirib ki, uşağın daxili orqanları və sinir sistemində hər hansı patologiya aşkarlanmayıb.

“Uşaq gecəni rahat şəkildə keçirib. Yüngül gematoması var idi. O da sovrulub gedib. Atası evə aparmaq istəyirdi, qoymadım. Yəqin ki, sabah Elcanı evə buraxacağıq”.

Qeyd edək ki, dünən Lerik rayonun Orand kəndinin bələdiyyə sədrinin atası Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib. Evdə bələdiyyə sədri Hamil Mustafayevin həyat yoldaşı, uşaqları və anası olub. Qardaşı və onun yoldaşı evdə olmadığından Elcanı onların yanında qoyublar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar