Həkim: Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər cənub-qərb regionlarında daha çoxdur
27.07.2017 630 0.0 0

“Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr daha çox cənub və qərb regionlarındandır”.

 

Məlumata görə, bunu Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

 

 

 

O bildirib ki, cənub regionundakı rayonlar dəniz kənarında yerləşdiyindən orada rütubət daha çox olur, nəticədə insanlar soyuqdəymə ilə xəstələnirlər: “Qərb regionunda isə əhali kütləsi çox olduğundan, xroniki böyrək çatışmazlığı xəstəliyi yaranır”.
 
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin 31%-ni şəkərli diabet xəstələri təşkil edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar