Həbs olunan OPEC prezidenti zaminə buraxılıb
03.10.2015 513 0.0 0

Nigeriyan keçmiş Neft naziri, hazırda OPEC prezidenti vəzifəsini tutan Diezani Allison-Madueke Londonda saxlanılıb.

 
Xəbərə görə, bu barədə Reuters agentliyinə Nigeriya prezidentinə yaxın mənbələr məlumat verib.
 
OPEC prezidentinin nədə ittiham olunduğu hələlik məlum deyil. Nigeriya mətbuatı Allison-Maduekenin rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanıldığını bildirib. Bununla belə Britaniya polisi faktı təsdiq etməyib.

 Oktyabrın 2-də Londonda saxlanılan OPEC prezidenti Diezani Allison-Madueke zaminə buraxılıb.

TASS agentliyinə istinadən verilən məlumata görə, bu barədə TVC News telekanalı xəbər yayıb.
 
Məlumata əsasən, OPEC prezidentinin pasportu götürülüb, ona Böyük Britaniyanın ərazisini tərk etmək qadağan edilib. 
 
“Daily Post Nigeria”  qəzeti isə Diezani Allison-Maduekenin Nigeriyanın paytaxtı Abucadakı evinin hüquq-mühafizə orqanları tərəfindən möhürləndiyini bildirib.
  
Qeyd edək ki, OPEC prezidenti vəzifəsinə seçilməmişdən əvvəl D. Allison-Madueke keçmiş prezident Qudlak Conatanın administrasiyasında Nigeriyanın neft resursları naziri vəzifəsində çalışıb. 2014-cü il in noyabrından 2015-ci ilin may ayınadək eyni zamanda nazir və OPEC prezidenti postunu tutub. M.Buhari hakimiyyətə gələndən sonra isə D. Allison-Madueke nazir vəzifəsindən istefa verib. /apa/
 

 
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar