Güzəştli mənzil almaq istəyənlər üçün ən SON XƏBƏR
18.10.2017 713 0
Bakının Yasamal rayonunda birinci güzəştli yaşayış kompleksi 2018-ci ilin yayında istifadəyə veriləcək.
Məlumata görə, bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Sadiq Sadıqov deyib.
Onun sözlərinə görə, kompleksin tikintisi cədvələ uyğun davam edir.
S.Sadıqov deyib: “Kompleksin tikintisində 20-dən çox podratçı çıxış edir. İşlərə 3500-ə yaxın adam cəlb edilib. Bu kompleks 1843 ailəni yeni mənzillə təmin edəcək. Layihələndirmə mərhələsində olan ikinci kompleks isə 3000 mənzildən ibarət olacaq”./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər