Gürcüstanın XİN: `Azərbaycanla sərhədin delimitasiyası prosesi yanlış interpretasiya edilməməlidir`
27.05.2019 626 0.0 0

“Azərbaycanla sərhədin delimitasiyası başa çatmayana qədər heç kəs prosesi yanlış interpretasiya etməməlidir”.

Qazeta.info “Report”un  xəbərinə əsasən bildirir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O, komissiyanın yenilənməsini çox vacib adlandırıb: “Komissiyanın fəaliyyəti uzun müddət dayandırılmışdı. İlk görüşün baş tutması vacibdir. Növbəti görüş Tbilisidə olacaq. Komissiya Keşiçki Dağı Məbəd-Kompleksi daxil olmaqla konkret məsələləri müzakirə edir, onun həmçinin cari proseslərə dərhal reaksiya vermək funksiyası da var. Status-kvonun dəyişdirilməsi ilə bağlı hər hansı bir fikir olmamalıdır”.

XİN başçısı qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan məsələnin ölkələr arasındakı strateji tərəfdaşlıq çərçivəsində həll olunmasının tərəfdarıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar