Gürcüstanın müdafiə naziri istefa verib
28.07.2016 590 0.0 0

 Gürcüstanın müdafiə naziri Tinatin Hidaşeli baş nazir Georgi Kvirikaşvilliyə avqustun 1-dən tutduğu vəzifədən azad olunması xahişi ilə müraciət edib.  

 

Məlumata görə, bu barədə yerli “Interpressnews” agentliyi Gürcüstanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

Bundan əvvəl Gürcüstan parlamentinin spikeri David Usupaşvili Respublika Partiyasının üzvləri olan müdafiə naziri Tinatin Hidaşeli və barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvilinin seçkiqabağı kampaniyasının başlanması səbəbindən istefaya gedəcəklərini bildirmişdi.  

 

Qeyd edək ki, Tinatin Hidaşeli son zamanadək hakim koalisiyasına daxil olmuş “Gürcü arzusu” Respublika Partiyasının üzvüdür.

 

Gürcüstanda  parlament seçkiləri oktyabrın 8-də keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar