Gürcüstanda seçki məntəqələrinin 50,41 faizi üzrə hakim `Gürcü arzusu` partiyası liderliyini qoruyub
09.10.2016 697 0.0 0

Gürcüstanda parlament seçkilərində məntəqələrin yarısı üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin yarıdan çoxunu, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası isə ¼ - dən çoxunu toplayıb.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında bildirir. 

 

“3702 seçki məntəqəsindən 1866-sı (50,41 faiz) üzrə hesablanmış bülletenlərin nəticəsinə görə,  “Gürcü arzusu” partiyası səslərin 50,56 faizini və ya 396 min 817 seçicinin etimadını,  “Vahid Milli Hərəkat” partiyası isə 26,51 faizini və ya 208 min 056 səs toplayıb. Digər partiyalar beş faizlik həddi adlaya bilməyiblər”, - deyə MSK-nın saytında bildirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar