Gümrüdə atışma: 6 yaralı
08.03.2015 801 0.0 0

Ermənistanın Gümri şəhərində atışma baş verib. 

Məlumata görə, atışma səsləri şəhərin "Peqas" mağazasından eşidilib. 8 mart gecəsinə keçən gecə baş verən atışmada altı nəfər yaralanıb.

Bütün yaralılar Gümri Tibb Mərkəzinə çatdırılıblar. Yaralıların adları artıq məlumdur: Smbat Kazaryan, Qaqik Kazaryan, Knyaz Kazaryan, Vladimir Akopyan, Hamlet Qevorqyan və Qaqik Qukasyan.

İki nəfər güllə yaralanması ilə və qalan dörd nəfər sancılmış-kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə olan üç yaralı İrəvana aparılıb. Paytaxt xəstəxanasına yerləşdirilən yaralılardan ikisi - Knyaz və Qaqik Kazaryan qardaşdırlar. Üçüncü ağır yaralı isə Qaqik Qukasyandır. 

Xatırladaq ki, 2007-ci ildə də eyni yerdə - "Peqas" mağazası ətrafında silahlı insident yaşanmışdı. O vaxt Gümrünün eks-meri Vardan Qukasyanın oğulları və "Çiçəklənən Ermənistan" partiyasının üzvləri arasında atışma olmuşdu./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar