Güllü Erhan nişanlandı
06.11.2015 859 0.0 0

Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının əsas obrazlarından olan güllü Erhan nişanlanıb. Məlumata görə, oynadığı obrazla eyni adı daşıyan aktyor Erhan Ufak bir müddətdir birlikdə olduğu makler Süreyya Kulla nişanlanıb. Ailə arasında keçirilən nişan mərasimində aktyorun serialdakı rol yoldaşları da iştirak edib. 

 

 

Filmdə Cahit rolunu oynayan Cahit Kayaoğlu və Süha obrazını canlandıran aktyor İsmayıl Aydın nişan mərasimində Erhan Ufakı tək qoymayıblar. 

Cütlüyün dekabrın 20-də nigah mərasimi olacağı bildirilib. 

 

 

Hər zaman yaxasına taxdığı qızıl gül səbəbindən filmdə güllü Erhan kimi məşhur olan Erhan Ufak uzun illərdir “Kurtlar Vadisi Pusu” serialının əsas obrazlarındandır. 13-cü mövsümə start verən serialda bu illər ərzində bir çox aktyor müxtəlif səbəblərdən ixtisara düşsələr də Erhan Ufak Necati Şaşmazın imtina etmədiyi aktyorlardandır. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar