güləşdə 3 ardıcıl məğlubiyyət
15.06.2015 1010 0.0 0
Ruslar güləşdə 3 ardıcıl məğlubiyyət aldılar.Lakin Rusiya güləşçiləri qızıl medalların sayında hələ də birinci yerdədir

Heydər Əliyev Arenasında qadınlar arasında güləş yarışılarında rus idmançılardan bir gündə 3 döyüşdə məğlub olduqdan sonra qızıl medala sahib olmaq üçün siyahıda ən azı iki yeni ad olacaq.

Dünya Çempionatında gümüş medala sahib olan İrina Oloqonova iki xalla irəlidədir və 55kq çəki dərəcəsində keçirilən yarımfinalda qələbə qazanmaq əzmində idi. Lakin aşağı reytinqli polşalı güləşçi Katarzina Kravçuk onu məğlub edərək finalda isveçrəli Sofiya Mattssonla qarşılaşdı.

48 kq çəki dərəcəsində yarışan bolqarıstanlı Elitsa Yankova rusiyalı Valentina İslamova Briki altı xalla məğlub etdikdə daha böyük həyəcan yarandı. Sonda 69 kq çəki dərəcəsində israilli İlana Kratiş rusiyalı Nataliya Vorobyovaya qalib gəldi. Məğlub olan rus güləşçilərin hər biri qızıl medal almağa ən real namizədlərdən idi.

Rusiya güləş idmanı üzrə medal cədvəlində beş qızıl medalla irəlidədir. Azərbaycan iki medalla 2-ci Türkiyə isə 1 qızıl medalla 3-cü yerdə qərarlaşıb. Bu axşam finalçılar arasında yarışan millətlər öz ölkələrinin Milli Olimpiya Komitələrinə asanlıqla ən azı iki və ən çoxu dörd qızıl medal qazandıra bilərlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar